Bahar Muradova: Qadınların kişilərlə birgə seçkilərdə hüquqlarından istifadə etməsi üçün təbliğat aparırıq

Bahar Muradova: Qadınların kişilərlə birgə seçkilərdə hüquqlarından istifadə etməsi üçün təbliğat aparırıq Qadınların parlament seçkilərində demokratik iştirakının həyata keçirilməsi üçün çalışırıq
Daxili siyasət
24 İyul , 2024 10:25
Bahar Muradova: Qadınların kişilərlə birgə seçkilərdə hüquqlarından istifadə etməsi üçün təbliğat aparırıq

Qadınların parlament seçkilərində aktiv iştirakının həyata keçirilməsi üçün çalışırıq.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, öhdəliklərin əsas məqsədi seçki prosesində iştiraka təşviq, hüquqların öyrənilməsi, qadınların da kişilərlə bərabər aktiv və passiv hüququndan istifadə etməkdir:

"Ucqar yerlər daxil olmaqla bütün seçki dairələrində seçki hüququnun təminatı, vətəndaşların hüquq bərabərliyi, dövlətin idarə olunması və siyasi proseslərdə qərar qəbul etmək imkanı olduğunu izah etmək üçün çalışırıq. Bu təbliğat kampaniyasını qadınların da kişilərlə birgə seçkilərdə iştirakının tam azad şəkildə olması üçün aparırıq".

Son xəbərlər

Orphus sistemi