Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB

Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları tapılan Əliyar Ələkbərovla vida mərasimi keçirilib.
Daxili siyasət
21 May , 2024 13:42
Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları tapılan Əliyar Ələkbərov dəfn olunub.

“Report” xəbər verir ki, mərhumun nəşi Keşlədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

13:10

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları tapılan Əliyar Ələkbərovla vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərhumun nəşinin qalıqları ailə üzvlərinin paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən evinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Onun nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Əliyar Ələkbərov 1965-ci il fevral ayının 10-da Neftçala şəhərində anadan olub. O, Neftçala rayonunda orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye Universitetinə qəbul olub. Ə.Ələkbərov 1993-cü ilin oktyabr ayının 29-da könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanıb. Döyüşlər zamanı Kəlbəcər rayonun Murovdağ istiqamətində mühasirəyə düşdüyü məlum olub. Həmin hadisədən sonra ailəsi ondan xəbər ala bilməyib.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi