Bu gün Bakının 550 küçəsi yuyulub - YENİLƏNİB

Bu gün Bakının 550 küçəsi yuyulub - YENİLƏNİB Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirib.
Daxili siyasət
22 İyun , 2024 17:52
Bu gün Bakının 550 küçəsi yuyulub - YENİLƏNİB

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolunun yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, çox sayda rəngbərəng güllər əkilib.

12:52

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirib.

Bu barədə "Report"a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.

Son xəbərlər

Orphus sistemi