Bakıda Zəfər Günü ilə bağlı daha bir marşrut üzrə yürüş keçirilib

Bakıda Zəfər Günü ilə bağlı daha bir marşrut üzrə yürüş keçirilib Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə daha bir marşrut üzrə Zəfər yürüşü keçirilib.
Daxili siyasət
8 Noyabr , 2022 10:44
Bakıda Zəfər Günü ilə bağlı daha bir marşrut üzrə yürüş keçirilib

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə daha bir marşrut üzrə Zəfər yürüşü keçirilib.

"Report" xəbər verir ki, yürüş Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanına qədər davam edib

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Bakıda Zəfər yürüşü daha iki marşrut üzrə keçirilib. 

Bunlar aşağıdakılardır:

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi -  Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı. 

Son xəbərlər

Orphus sistemi