Balakəndə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Balakəndə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Balakəndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.
Daxili siyasət
10 May , 2023 15:22
Balakəndə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Balakəndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri və qazilər əvvəlcə Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Eyni zamanda, Balakən Mədəniyyət Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi açılıb. Konfrans iştirakçıları sərgi ilə tanış olublar.

Sonra konfrans başlayıb.

İ.Rzayev Ulu Öndərlə bağlı məruzə ilə çıxış edib. O, dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Tədbirin sonunda H.Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Əsrin adamı 100" sənədli filmi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi