Balakəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantı keçirilib və Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər.
Toplantının əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Toplantıda qeyd edilib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır.
Bildirilib ki, onun rəhbərliyi zamanı Azərbaycan əsrə bərabər inkişaf yоlu keçib. Çıxışçılar söyləyib ki, Ulu Öndər rəhbərlik etdiyi hər iki dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib, ölkənin hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.
Vurğulanıb ki, Heydər Əliyevin birinci rəhbərliyi dövründə aparılan kompleks islahatlar, formalaşdırılan güclü aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı Azərbaycanı nəinki qabaqcıl respublikalardan birinə çevirib, eyni zamanda, onun gələcək müstəqilliyi üçün fundamental əsaslar yaradıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söz açılıb. Bildirilib ki, Heydər Əliyev irsi Azərbaycanın bugünkü davamlı inkişafının təminatıdır.