Azərbaycanda dövlət orqanlarında çalışan xadimə, bağban və gözətçilərin maaşı artırılıb

Azərbaycanda dövlət orqanlarında çalışan xadimə, bağban və gözətçilərin maaşı artırılıb Baş nazir Əli Əsədov ““Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında”qərara dəyişiklik edib.
Daxili siyasət
17 Yanvar , 2022 11:22
Azərbaycanda dövlət orqanlarında çalışan xadimə, bağban və gözətçilərin maaşı artırılıb

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib.

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315

Qeyd edək ki, əvvəl dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı məbləğdə müəyyən edilmişdi.

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

310

2.

1-ci kateqoriya dövlət orqanlarında

295

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

280

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

260

Son xəbərlər

Orphus sistemi