İrəvanın ermənilərə verilməsindən bəhs edən kitabın təqdimatı olub

İrəvanın ermənilərə verilməsindən bəhs edən kitabın təqdimatı olub “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.
Daxili siyasət
11 İyun , 2024 17:38
İrəvanın ermənilərə verilməsindən bəhs edən kitabın təqdimatı olub

“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və digər qonaqlar iştirak ediblər.

Kitabın müəllifi tarix üzrə elmlər doktoru Vasif Qafarovdur.

Ə.Ələkbərli çıxışında qeyd edib ki, İrəvan şəhəri Ermənistana verildikdən 2020-ci ilədək Azərbaycanın faciəli günləri davam edib: "2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad edərək yurdundan didərgin düşmüş vətəndaşların geri qayıdışını təmin edib".

X.Vəliyev bildirib ki, kitabdakı məlumatlar dəqiq faktlarla sübuta yetirilib.

Kitabda Batum konfransında (11 may - 4 iyun 1918) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında araşdırılıb. Bundan başqa, Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılıb.

Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlar və yaxın keçmin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi