Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
"Report"un xəbərinə görə, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.
Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.