Biləsuvar rayonunda Bayraq yürüşü keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, yürüş 9 Noyabr Bayraq Gününə həsr olunub.
Yürüşdə K.Ağayev adına Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü İnternat tipli Məktəb Liseyin müəllimləri və şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd əlamətdar günü qeyd etmək və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdır.