Biləsuvar rayonunda Azərbaycan Ordusunun yaradılmasının 103 illiyi qeyd edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə açıq havada keçirilib.
Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.
Bayram tədbirində oxuduğu vətənpərvər mahnıları ilə sevilən Nuray və uzun illərdir ifa etdiyi hərbi mahnıları bir çağrış olan Şəmistan Əlizamanlı öz repertuarları ilə ordumuzu bayram münasibəti ilə təbrik ediblər.
Yerli mədəniyyət ocaqlarında fəaliyyət göstərən uşaqların bayraq kompozisiyası, səsləndirdikləri şeirlər və ifa etdikləri rəqslər də alqışlarla qarşılanıb.