Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş güləş üzrə birincilik keçirilib

Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş güləş üzrə birincilik keçirilib Biləsuvarda Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə açıq birincilik keçirilib.
Daxili siyasət
20 Noyabr , 2023 23:14
Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş güləş üzrə birincilik keçirilib

Biləsuvarda Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə açıq birincilik keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı Arena, Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100 nəfərdən çox idmançısı arasında gərgin və maraqlı görüş keçirilib.

Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Turnirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid Babək Mahmudlunun döyüş yolundan söz açıb.

Son xəbərlər

Orphus sistemi