Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport verilməsi təsdiqlənib

Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport verilməsi təsdiqlənib Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək.
Daxili siyasət
22 Yanvar , 2022 13:22
Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport verilməsi təsdiqlənib

Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əskini tapıb.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Son xəbərlər

Orphus sistemi