"Ermənistan qərbi azərbaycanlıların öz yurdlarına geri qayıtmasına və dədə-baba torpaqlarında yaşamlarını davam etdirmələrinə şərait yaratmalıdır".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatı zamanı deyib.
O xatırladıb ki, Ermənistan Qarabağ və ətraf yeddi rayonu Azərbaycandan qoparmağa çalışıb: "Bunun nəticəsi olaraq, 1989-cu ildə müharibə başlayıb. Münaqişə təkcə Azərbaycanın Qarabağ ərazisi və ətraf rayonların işğalı ilə yekunlaşmayıb, həm də etnik təmizləmə həyata keçirilərək qərbi azərbaycanlılar öz yurdlarından didərgin salınıb".