BŞİH və tabeliyindəki qurumlarda 55 nöqsan aşkarlanıb

BŞİH və tabeliyindəki qurumlarda 55 nöqsan aşkarlanıb Hesablama Palatası ötən il üçün Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb
Daxili siyasət
5 Aprel , 2021 14:03
BŞİH və tabeliyindəki qurumlarda 55 nöqsan aşkarlanıb
0 : 00
0 : 00

Hesablama Palatası ötən il üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun tabeliyindəki qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, təkcə BŞİH-də 21 hal üzrə nöqsan qeydə alınıb.

Bundan başqa, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində 20, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində isə 14 hal üzrə nöqsan aşkar olunub.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi