Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Daxili siyasət
1 Yanvar , 2021 09:42
Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Bu aydan etibarən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

“Report” xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

Qanuna dəyişikliklə hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi