Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb.
Bu barədə "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir.
Ümumilikdə 72 nəfərin olduğu köç maşınları Laçının şəhərinin girişində Həkəri çayının üzərindəki körpüdən keçərək şəhərə daxil oldu.
Qeyd edək ki, Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.