Azərbaycanda hökm sürən qarlı və şaxtalı hava şəraiti səbəbindən ölkə məhkəmələrində bir sıra məhkəmə prosesləri yenidən təxirə salınıb.
“Report” xəbər verir ki, yollarda hərəkətin çətinləşməsi səbəbilə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəmə prosesinə gətirilməsində, həmçinin zərərçəkmiş, şahid və digər proses iştirakçılarının məhkəməyə gəlməsində problemlər yaranıb.
Buna görə də bu günə təyin olunan məhkəmə proseslərinin keçirilmə vaxtı dəyişdirilib.
Qeyd edək ki, qarlı və şaxtalı hava şəraiti səbəbindən fevralın 24-ə təyin olunan məhkəmə prosesləri də təxirə salınmışdı.