Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
“Report” xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 147 ailə (570 nəfər) mənzillə təmin edilib.
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu gün Şuşadan olan, ölkənin müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə (147 ailə) çatıb.
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
“Report” xəbər verir ki, Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər doğma şəhərə yola düşüblər.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə - 147 ailəyə çatacaq.
Bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınacaq.
“Report” xəbər verir ki, Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınacaqlar.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə - 147 ailəyə çatacaq.