Bu il vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Bu il vətəndaşlardan götürülən silahların sayı açıqlanıb Bu il yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Daxili siyasət
1 Dekabr , 2023 12:37
Bu il vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Bu il yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, könüllü təhvil verilən silahlardan 24-ü avtomat, 8-i tapança, 502-si ov tüfəngi olub.

Nazirlik bir daha vətəndaşlara müraciət edərək onları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi