2022-ci ilin yanvar ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınıb.
Həmçinin əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.