Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbələrində Xocalı soyqırımının ildönümü qeyd edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib.
Dəyirmi masada məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
İlk olaraq Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, anım mərasimləri rayonun digər təhsil müəssisələrində də qeyd edilib.