"Rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində gördüyümüz işlərdən məmnunuq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini Ceyhun Salmanov "ASAN xidmət” Azərbaycan – BƏƏ dövlət xidmətləri mövzusunda beynəlxalq forumda deyib.
Onun sözlərinə görə, "ASAN Xidmət" modeli kifayət qədər yaxşı rəqəmsallaşma səviyyəsinə əsaslanır.
Sədr müavini bildirib ki, bu cür xidmətlər rəqəmsallaşmanın yaxşı başlanğıcından xəbər verir: "Bu, gələcək xidmətlərimizin başlanğıcı deməkdir. 4 il ərzində rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində gördüyümüz işlərdən məmnunuq".