Ceykob Eyeru: Azərbaycan gənclərin seçkilərdə fəal iştirakı məsələsində nümunə ola bilər

Ceykob Eyeru: Azərbaycan gənclərin seçkilərdə fəal iştirakı məsələsində nümunə ola bilər Azərbaycan gənclərin seçkilərdə fəal iştirakı məsələsində Qoşulmama Hərəkatının (QHH) digər ölkələri üçün nümunə olmalıdır.
Daxili siyasət
2 Sentyabr , 2024 14:59
Ceykob Eyeru: Azərbaycan gənclərin seçkilərdə fəal iştirakı məsələsində nümunə ola bilər

Azərbaycan gənclərin seçkilərdə fəal iştirakı məsələsində Qoşulmama Hərəkatının (QHH) digər ölkələri üçün nümunə olmalıdır.

“Report” xəbər verir ki, bunu Uqandadan olan beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatının gənclər təşkilatının üzvü Ceykob Eyeru deyib.

C.Eyeru qeyd edib ki, o, 18 nəfərlik nümayəndə heyətinin tərkibində Bakıdakı seçki məntəqələrində seçkiləri müşahidə edib: “Nümayəndə heyətimiz seçicilərin fəal iştirakını qeyd edib. Bütün seçki məntəqələrində səsvermə azad və qanunvericiliyə uyğun keçirilib”.

Onun sözlərinə görə, seçki komissiyalarının nümayəndələri müşahidəçilərə hər cür dəstək göstəriblər: “Səlahiyyətli dövlət qurumlarının və seçki məntəqələrinin nümayəndələrinə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə minnətdarlığımızı bildiririk. Azərbaycan xalqına birlik və uğurlu inkişaf arzulayırıq”.

Son xəbərlər

Orphus sistemi