Deputat elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib

Deputat elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib Milli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib.
Daxili siyasət
26 Noyabr , 2024 12:16
Deputat elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib

Milli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib.

“Report”un məlumatına görə, deputat parlamentin noyabrın 26-da keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı bildirib ki, sonuncu dəfə bu məsələyə bir neçə il əvvəl baxılıb.

O deyib ki, hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır: “Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, onun sürətləndirilməsini, vəsaitin az da olsa artırılmasını təklif edirəm”.

C.Məmmədov eyni zamanda, universitetlərdə müəllimlərin maaşlarına baxılması, ali təhsil müəssisələrinin tədqiqatyönlü fəaliyyəti, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını, ümumilikdə universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmasını zəruri hesab edib.

“Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi