Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib

Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.
Daxili siyasət
16 Oktyabr , 2024 11:50
Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib
Səbinə Salmanova

Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.

O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:

"Təmsil olunduğum komitə Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələyə dair “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər".

Son xəbərlər

Orphus sistemi