Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı müəyyənləşib.
“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
Belə ki, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri.