Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.
Daxili siyasət
11 İyun , 2024 18:25
Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi həmin siyahıdan çıxarılıb.

Eyni zamanda, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsinin işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi