Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində 23 yol qəzası olub, 9 nəfər ölüb

Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində 23 yol qəzası olub, 9 nəfər ölüb Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil.
Daxili siyasət
13 Noyabr , 2024 10:51
Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində 23 yol qəzası olub, 9 nəfər ölüb

Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində 23 yol qəzası olub, 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil:

"Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılması, rəsmi xəbərdarlıqların edilməsi, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik. Bu da onları yol qəzalarının qurbanına çevirir".

Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi