2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1 800-dək qanunvericilik aktı layihəsi hazırlanıb.
“Report”un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.
Qeyd edilib ki, ötən il 3 300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb.
Bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.