Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, toplantıda 100-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iki iclasında əfvlə bağlı 500-dən çox müraciətə baxılıb.
15:00
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.