"Azərbaycanda hərbi-siyasi təhlil sahəsində müəyyən boşluqlar var. Ona görə də güclü beyin mərkəzlərinə ehtiyac var".
"Report" xəbər verir ki, bunu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Azərbaycan Beyin Mərkəzlərinin l Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqları "girovdadır": "Buna təsir edən isə geopolitik mübarizədir. Bu mübarizə Ermənistana mane olur".
Politoloqun fikrincə, geosiyasi durum region üçün çox vacibdir: "Bizdə İranla, Türkiyə ilə bağlı yaxşı mütəxəssis həmişə olub. Amma Mərkəzi Asiya ilə bağlı ciddi araşdırmalar, demək olar ki, olmayıb. Halbuki bu, çox vacibdir. Mərkəzi Asiya ilə bağlı tədqiqatlara ehtiyac var".