Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.
Bu barədə "Report" Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.