Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.
Daxili siyasət
15 İyul , 2024 16:41
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir edilib.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi