Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.