Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Daxili siyasət
11 Sentyabr , 2023 13:40
Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Füzuli şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təqdim edib.

Bununla da 92 nəfərdən ibarət daha 24 ailənin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

13:07

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu mərhələdə Füzuli şəhərinə daha 92 nəfərdən ibarət 24 ailə köçürülüb.

Beləliklə də, 11.09.2023-cü il tarixindəki köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailədən ibarət 441 nəfər köçürülmüş olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.

06:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“Report” xəbər verir ki, sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi