Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, konsert Heydər Əliyev adına meydanda baş tutub.
Konsert proqramını Vətən müharibəsi qaziləri, şəhər sakini böyük coşqu ilə izləyiblər. Yerli incəsənət ustalarının ifası alqışlarla qarşılanıb.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Gəncədə 8 noyabr - Zəfər Günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir.
"Report"un Qərb bürosu xəbər verir ki, Heydər Əliyev meydanında əsl bayram ab-havası yaşanır.
Konsert proqramını Vətən müharibəsi qaziləri, şəhər sakini böyük coşqu ilə izləyirlər. Yerli incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda musiqilər alqışlarla qarşılanır. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.