“Tokio Olimpiya Oyunlarında medal qazananlar kifayət qədər təcrübəyə malik olan yaşlı idmançılardır”.
Bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.
“Dünən Prezident İlham Əliyev məni qəbul edərkən olimpiya oyunlarında gənc idmançılarımızın medal qazana bilməməsinə də toxundu. Mənə bir istiqamət kimi bunu araşdırmağı, təhlil edib müəyyən nəticələr çıxarmağı tapşırdı. Təbii ki, biz bu istiqamətdə ciddi şəkildə işləyəcəyik”, - nazir vurğulayıb.