Göygöldə Birinci Qarabağ müharibəsinin şəhidi Ucar Zeynalov dəfn edilib - YENİLƏNİB

Göygöldə Birinci Qarabağ müharibəsinin şəhidi Ucar Zeynalov dəfn edilib - YENİLƏNİB Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovun meyitinin qalıqları Göygöl rayonuna gətirilib.
Daxili siyasət
27 İyun , 2024 17:03
Göygöldə Birinci Qarabağ müharibəsinin şəhidi Ucar Zeynalov dəfn edilib - YENİLƏNİB

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovla Göygöl rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Göygöl rayonu Pənahlılar kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:50

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovun meyitinin qalıqları Göygöl rayonuna gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Göygöl rayonunun Pənahlılar kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ucar Fidail oğlu Zeynalov 1973-cü il martın 5-də Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Həsənriz kəndində itkin düşüb.

U.Zeynalov Göygöl rayonunun Pənahlılar kəndində dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi