Heydər Məmmədov: “Prokurorluğun binasının açılışı İlham Əliyevin və Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib”

Heydər Məmmədov: “Prokurorluğun binasının açılışı İlham Əliyevin və Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib” “Qəbələ Rayon Prokurorluğunun inzibati binasının açılışı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib”.
Daxili siyasət
14 İyun , 2023 14:16
Heydər Məmmədov: “Prokurorluğun binasının açılışı İlham Əliyevin və Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib”
Heydər Məmmədov

“Qəbələ Rayon Prokurorluğunun inzibati binasının açılışı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib”.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Baş prokurorun müavini II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov Qəbələdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tədbirlərin keçirilməsi bundan sonra da davam edəcək: "Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda 15 iyun - Milli Qurtuluş günü ərəfəsinə təsadüf edir”.

Binanın texniki xarakteristikası ilə bağlı Baş prokurorun müavini deyib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib: “Bina ən müasir texnika və informasiya kommunikasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir rəqəmsal avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki cihazlarla ilə təchiz olunub. Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələxsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan əlavə, əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilib”.

Son xəbərlər

Orphus sistemi