HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur

HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.
Daxili siyasət
20 Noyabr , 2024 11:42
HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur

2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Bu azalmalara baxmayaraq, digər mədaxil mənbələrinin artımla nəzərdə tutulması cəmi gəlirlərin artımla proqnozlaşdırılması ilə nəticələnib. 2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi az proqnozlaşdırılıb, bu azalmanın Dövlət Neft Fondundan (ARDNF) transfert, aksiz, ƏDV, fiziki şəxslərin gəlir vergisinin artırılması ilə kompensasiya edilməsi nəzərdə tutulub", - deyə o qeyd edib.

Sədr həmçinin bildirib ki, cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var:

“Təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir. Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7 faizi icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.

2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25 faizdən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 milyon manat vəsaitə qarşı icra 6,9 milyon manat və ya 1,4 faiz təşkil edib.

Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 milyon manata qarşı 9 ayda, ümumiyyətlə, icra olunmayıb”.

Son xəbərlər

Orphus sistemi