I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub

I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məmmədov Mübariz İlyas oğlu dəfn olunub.
Daxili siyasət
20 Sentyabr , 2024 11:54
I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məmmədov Mübariz İlyas oğlu dəfn olunub.

"Report"un xəbər verir ki, şəhid Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Məmmədov 1966-cı ildə Tovuzda anadan olub. 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları Ağdam rayonun Sırxavənd kəndində aşkarlanıb.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi