İcma: "Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir"

İcma: "Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir" Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir.
Daxili siyasət
1 Dekabr , 2023 16:10
İcma: Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir

Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir.

"Report" xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqı ATƏT-nin Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.

Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.

Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Qarabağı könüllü tərk edən erməni sakinlər barədə danışaraq, bunu humanitar problem kimi vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi