İcma: "Ermənistan azərbaycanlıların qəbiristanlıqlarını və mədəni irsini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib"

İcma: "Ermənistan azərbaycanlıların qəbiristanlıqlarını və mədəni irsini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib" "Son otuz il ərazində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir".
Daxili siyasət
11 Aprel , 2023 10:23
İcma: Ermənistan azərbaycanlıların qəbiristanlıqlarını və mədəni irsini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib

"Son otuz il ərzində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir".

"Report"un xəbərinə görə, bu, bir qrup Qərbi azərbaycanlı qadının Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə ünvanladığı müraciətində əksini tapıb.

Qeyd edilib ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməyib, həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib:

"Mədəni və dini abidələrin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirablar gətirməklə yanaşı, beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son otuz il ərzində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır".

Son xəbərlər

Orphus sistemi