İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib

İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib.
Daxili siyasət
26 Fevral , 2023 12:58
İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib

İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib.

“Report”un Aran bürosunun məlumatına görə, mərasim iştirakçları Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə, “Şəhidlər kompleksi”nin önünə qərənfillər düzüblər. Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ruhlarına dualar oxunub.

Sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımının anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrildiyini qeyd edibər.

Son xəbərlər

Orphus sistemi