İmişlidə Xocalı soyqırımının ildönümü anılıb

İmişlidə Xocalı soyqırımının ildönümü anılıb İmişli rayonunda Xocalı soyqırımının 31-ci ildönümü qeyd edilib.
Daxili siyasət
24 Fevral , 2023 21:25
İmişlidə Xocalı soyqırımının ildönümü anılıb

İmişli rayonunda Xocalı soyqırımının 31-ci ildönümü qeyd edilib.

"Report"un məlumatına görə, tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında geniş məlumat verərək faciəni törədənləri şiddətlə qınayıblar. Həmçinin çıxışlarda yaşlıların, uşaqların, qadınların kütləvi surətdə və amansızlıqla qətlə yetirildiyinin heç bir insanlığa sığmadığı diqqətə çatdırılıb. Günahsız insanların, körpələrin amansızlıqla qətlə yetirilməsi erməni terrorunun və vəhşiliyinin bariz nümunəsi olduğu bildirilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş məktəblilər arasında inşa yazı və rəsm müsabiqələrin yekun mərhələsi, region turu keçirilib.

Müsabiqə qalibləri diplomla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi