Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub.
“Report” xəbər verir ki, bu ilin əvvəlindən indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 6-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Respublikaçılar Partiyasıdır.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.