İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Şuradan çıxarılıb və onun digər müavin Elnur Əliyev əvəz edib. Digər 4 üzv isə dəyişməyib. Beləliklə, Şuranın yeni tərkibi aşağıdakı kimidir:
İlqar Fəti-zadə – maliyyə nazirinin birinci müavini
Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini
Anar Əliyev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Mərkəzi Bankının sədr müavini
Kamil Heydərov – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.