“Bu gün bizim üçün özəl, qeyri-adi bir gündür. Cəbrayıla çatanda ilk torpağını öpəcəm”.
“Report” xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Quluzadə Tamella deyib.
“Köçkünlük həyatı çətin idi. Hökumətimizə təşəkkür edirəm ki, bizə qayğı göstərdi, qanadının altına aldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad edildi.
Hazırda isə həmin ərazilərdə təmir-bərpa və quruculuq işləri görülür, keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”, - deyə o bildirib.