Keçmiş məcburi köçkün: Otuz illik həsrətdən sonra yenidən Cəbrayıla qayıdıram

Keçmiş məcburi köçkün: Otuz illik həsrətdən sonra yenidən Cəbrayıla qayıdıram Otuz illik həsrətdən sonra yenidən Cəbrayıla qayıdıram.
Daxili siyasət
29 Noyabr , 2024 08:10
Keçmiş məcburi köçkün: Otuz illik həsrətdən sonra yenidən Cəbrayıla qayıdıram

Otuz illik həsrətdən sonra yenidən Cəbrayıla qayıdıram.

“Report”un məlumatına görə, bunu Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.

O, qeyd edib ki, sevincinin hədd-hüdudu yoxdur:

“Cəbrayıl şəhərində anadan olmuşam, orda yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. O qədər sevinirəm, heç danışa da bilmirəm”.

Y.Kərimov bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb.

Son xəbərlər

Orphus sistemi